İxtisaslı komandamız və peşəkar şirkətlərimizlə icra etdiyimiz dəyər qatan əsas layihələrimiz aşağıdakı kimidir

Ağdam şəhərində orta mərtəbəli və çox funksiyalı yaşayış kompleksi
Ağdam şəhərində orta mərtəbəli və çox funksiyalı yaşayış kompleksi
  • Ağdam şəhərində nəzərdə tutulmuş orta mərtəbəli və çoxfunksiyalı yaşayış kompleksinin tikintisi davam edir. Layihə bitdikdən sonra, bu kompleks rahat yaşayış şəraitini təmin edəcək.

Ağdamın Kəngərli kəndində müasir kommunikasiya şəbəkəsinin qurulması
Ağdamın Kəngərli kəndində müasir kommunikasiya şəbəkəsinin qurulması
  • Ağdamın Kəngərli kəndində yenidən qurulan fərdi yaşayış evlərinin, bağçaların o cümlədən qeyri yaşayış obyeklərinin daxili kommunikasiya şəbəkəsinin müasir standartlara uyğun qurulması işləri aparılır. Qeyd edək ki, Ağdamın Kəngərli kəndi 2022-ci il oktyabrın 4-də ölkə başçısı cənab İlham Əliyevin iştirakı ilə təməli qoyulub. Ağdam şəhərindən 6 kilometr məsafədə yerləşən Kəngərli kəndində 2626 nəfərin (639 ailə) məskunlaşması planlaşdırılıb. Layihələndirilən ümumi ərazi 177,2 hektardır.

Ağdam-Kəlbəcər 530 mm lik metal borular ilə qaz xətti
Ağdam-Kəlbəcər 530 mm lik metal borular ilə qaz xətti
  • İşğaldan azad olunmuş Qarabağ torpağlarında yüksək dağlıq ərazilərdən keçərək Kəlbəcər rayonuna 530 mm lik metal borular ilə qaz çəkilişi aparılır (davam edir). Relyefin yüksək dağlıq ərazi və təhlükəli sıldırım qayalıqlar olmasına baxmayaraq işlər yüksək keyfiyyətlə aparılır.

“Qazıməmməd-Qazax I xətt” Magistral qaz kəmərinin yenidən qurulması
“Qazıməmməd-Qazax I xətt” Magistral qaz kəmərinin yenidən qurulması
  • Ölkəmizin qərb rayonlarının təbii qaz təchizatının yaxşılaşdırılması üçün 1970-ci ildə istismara verilmiş Magistral Qaz Kəmərinin yenidən qurulması layihəsi şirkətimiz tərəfindən müvəfəqiyyətlə həyata keçirilmişdir.

"Horadiz - Laçın" qaz kəməri
"Horadiz - Laçın" qaz kəməri
  • "Horadiz - Laçın" qaz kəmərinin və üzərlərində QPS-lər quraşdırılmaqla "Cəbrayıl QPS", "Zəngilan QPS", "Mincivan QPS", "Qubadlı QPS" və "Laçın QPS" qaz kəməri qollarının tikintisi uğurla həyata keçirilmişdir.

Universal Hospital binasının tikinisi
Universal Hospital binasının tikinisi
  • Paytaxt sakinlərinə göstərilən tibbi xidmətin yaxşılaşdırılması məqsədi ilə şirkətimiz tərəfindən 2023-cü ildə Universal Hospital binası uğurla tikilərək təhvil verilmişdir.