Caspian Greening MMC
Caspian Greening MMC
  • Caspian Greening MMC şirkəti abadlıq və yaşıllaşdırma xidməti layihələri üzrə dekorativ ağacların əkilməsi, budanması, dərmanlanması, torpağın kultivasiya edilməsi, ərazinin alaq otlarından təmizlənməsi, torpağın münbitləşdirilməsi və ağacların küləkdən qorunması, abadlıq xidməti üçün müxtəlif tipdə bərkidilmə və aqro texniki qulluğu təmin edir.

    Şirkətimiz ölkənin yaşıllıq ərazilərinin artırılması və meşə zolaqlarının abadlaşdırılması, şəhər ərazilərində, parklarda, sənaye ərazilərində, şəxsi bağlarda, qış bağlarında bütün ərazinin və ya onun müəyyən hissəsində müasir avadanlıqların köməyi ilə yaşıllaşdırma işləri və abadlıq xidmətini icra edir.

Certus MMC
Certus MMC
  • 2020-ci ildə təsis olunan “CERTUS” MMC şirkəti akkreditə edilmiş kompleks sertifikatlaşdırma, inspeksiya, sınaq və laboratoriya, texniki nəzarət, gömrük, mühəndislik, təlim, audit və məsləhət xidmətləri göstərən sertifikatlaşdırma orqanıdır. Şirkətimiz məhsul və xidmətlər üçün müxtəlif növ uyğunluq sertifikatlarının verilməsi, idarəetmə sistemlərinin və işçilərin sertifikatlaşdırılması, təhlükəsizlik, keyfiyyət və uyğunluğu təmin etmək məqsədilə müxtəlif inspeksiyaların və texniki nəzarətin həyata keçirilməsi, sınaq və testlərin aparılması, müxtəlif növ gömrük, mühəndislik, təlim, audit və məsləhət xidmətlərinin yerinə yetirilməsini həyata keçirir.

ELTA Global
ELTA Global
  • "EL.TA GLOBAL" Məhdud Məsuliyyətli Cəmiyyəti 2019-cu ildə yaradılmışdır. Yarandığı gündən şirkətimiz strateji təchizat partnyoru kimi tərəfdaş şirkətlərin satınalma proseslərinə töhfə verə bilmək və satınalma strategiyalarına uyğun olaraq partnyorlarını ən yaxşı mal-material və xidmətlə təmin edə bilmək üçün təchizat xidmətlərini təklif edir.

    ELTA Global şirkəti öz sahəsində uöurlu olan beynəlxalq sənaye brendlərin Azərbaycan ərazisində nümayəndəliyini, tanıdılmasını, satış və distribusiya fəaliyyətlərini həyata keçirir.

Gold Construction 2020 MMC
Gold Construction 2020 MMC
  • Gold Construction 2020 MMC yaşayış mənzillərindən sənaye komplekslərinə qədər geniş bir spektrumda olan bütün növ tikinti layihələrində, həm də geniş bir memarlıq xidmətləri portfeli ilə birgə, müştərilərimizin tələblərinə uyğun, keyfiyyətli və effektiv xidmətləri təmin edir.

ND Company QSC
ND Company QSC
  • ND Company QSC 2020-ci ildə fəaliyyətə başlamışdır. Yarandığı andan etibarən şirkətimiz Azərbaycanın tikinti bazarında layiqli yer tutmağı və yüksək keyfiyyətli və peşəkar işi sayəsində müvəffəqiyyətlə özünü tanıtmağı bacarmışdır.