
Caspian Capital Group beynəlxalq əlaqələrini genişləndirir
Caspian Capital Group şirkətinin baş ofisində Türkiyənin aparıcı şirkətlərindən biri olan "Akgün" elektrik və mühəndislik şirkəti ilə görüş keçirilib.
Görüşdə "Caspian Capital Group" şirkətinin təsisçisi Elxan Paşayev və "Akgün" elektrik və mühəndislik şirkətinin rəhbəri Mehmet Akgün iştirak edib.
Görüşdə mövcud əlaqələr və perspektiv layihələr ətrafında müzakirələr aparılıb, iki şirkət arasında memorandum imzalanıb.