Logo Image
  • Haqqımızda
    • Şirkət Haqqında
    • Rəhbərlik
    • Keyfiyyət Siyasəti
    • SƏTƏM siyasəti
    • Dayanıqlılıq
    • Şirkətlərimiz
  • Portfel
    • Tikinti portfeli
    • Turizm Portfeli
    • Zərgərlik Portfeli
    • Tekstil portfeli
    • Təchizat və nümayəndəlik
    • Mühəndislik və sertifikatlaşdırma portfeli
    • Kənd Təsərrüfatı və Qida İstehsalı Portfeli
  • Sektorlar
    • Neft-qaz və kimya sənayesi
    • Metallurgiya və Mədən sənayesi
    • Meliorasiya və su təsərrüfatı
    • İnformasiya texnologiyaları
  • HR
    • İnsan resursları siyasətimiz
    • Vakansiyalarımız
  • Layihələrimiz
  • Xəbərlər
  • Əlaqə

Caspian Capital Group-un təşkilatçılığı ilə Özbəkistanın müəllim və tələbə heyəti Azərbaycanda səfərdədir

  • Ana Səhifə
  • Xəbərlər
  • Caspian Capital Group-un təşkilatçılığı ilə Özbəkistanın müəllim və tələbə heyəti Azərbaycanda səfərdədir
Caspian Capital Group-un təşkilatçılığı ilə Özbəkistanın müəllim və tələbə heyəti Azərbaycanda səfərdədir

Caspian Capital Group-un təşkilatçılığı ilə Özbəkistanın müəllim və tələbə heyəti Azərbaycanda səfərdədir

09 Oktyabr 2024

Özbəkistanın Daşkənd Kimya-Texnologiya İnstitutunun "Şərabçılıq texnologiyası və üzümçülük sanayesi" fakültəsinin 13 nəfərdən ibarət müəllim və tələbə heyəti Azərbaycanda səfərdədir.

Səfər Azərbaycanın ilk özəl şirkətlırindən olan Naigin K⁰ "Tovuz Baltiya" MMC ilə Daşkənd Kimya-Texnologiya İnstitutu arasında imzalanmış əməkdaşlıq haqqında memeranduma uyğun olaraq həyata keçirilir. Belə ki, inistutun tələbələri Naigin K⁰ "Tovuz Baltiya" MMC-yə məxsus şərab məhsullarının istehsalı zavodunda 10 günlük təcrübə dərsləri keçəcəklər.

Tələbələr səfərin birinci günü Tovuz rayonu İbrahimhacılı kəndinə səfər edərək ilk öncə zavodun ərazisində Ümummilli Lider Heydər Əliyevin adını daşıyan istirahət parkında ucaldılmış abidəsini ziyarət edib, önünə gül dəstələri qoyub, onun xatirəsini ehtiramla yad ediblər.

Qonaqları Naigin K⁰ "Tovuz Baltiya" MMC-nin təsisçisi və baş direktoru Naiq Məmmədhəsənov salamlamış, Azərbaycan ilə Özbəkistan əlaqələrinin səviyyəsindən danışmış, indiyədək ölkələrimiz arasında müxtəlif sahələrə aid 100-dən artıq müqavilə və sazişin imzalandığını qeyd etmişdir. Görüşdə baş direktor tələbələrin zavodda 10 günlük təcrübə dərslərinin keçirilməsi ilə şirkət və universitet arasında ikitərəfli əməkdaşlığın perspektivləri, birgə elmi tədqiqat imkanları, ortaq laboratoriyanın qurulması, layihələrin, təcrübə mübadiləsinin həyata keçirilməsi və digər məsələləri diqqətə çatdırılıb.

Üzüm emalı və şərab istehsalı zavodu ilə tanış olan tələbələr yüksək texnologiyalar əsasında qurulan zavodu ziyarət edərək istehsalat prosesini müşahidə ediblər. 

Daha sonra "Tovuz" brendi adı ilə istehsal olunan məhsulların müasir tələblərə cavab verən laboratoriyası ilə yaxından tanış olublar.Eyni zamanda, hazırda 110 çeşiddə şərab və şərab məhsullarının istehsal olunması, onların yerli bazarla yanaşı Rusiya və bir sıra Avropa ölkələrinə ixrac edilməsi, yüksək keyfiyyəti məhsulların beynəlxalq sərgilərdə qızıl, gümüş və müxtəlif medallar qazanması, müəssisənin müasir texnologiya ilə təchizatı, istehsalat kollektivinin peşəkarlığı tələbələrin böyük marağına və heyrətinə səbəb olmuşdur.Şirkətin tələbə yataqxanasında yerləşdirilən xarici tələbələr gələcəkdə əməkdaşlığın daha da genişləndirilməsini və belə qarşılıqlı səfərlərin ənənəyə çevrilməsini arzu etdiklərini bildiriblər.

Son Xəbərlər
  • Türkiyəli jurnalist Fulya Öz...
    Türkiyəli jurnalist Fulya Öz...
    27 Fevral 2025
  • Caspian Capital Group beynəlxa...
    Caspian Capital Group beynəlxa...
    13 Fevral 2025
  • "Şərq Bazarı" ticarə...
    "Şərq Bazarı" ticarə...
    05 Dekabr 2024
  • ND Company “Rebuild Karabakh” ...
    ND Company “Rebuild Karabakh” ...
    16 Oktyabr 2024
  • Şirkət Haqqında
  • Rəhbərlik
  • Keyfiyyət Siyasəti
  • Sətəm Siyasəti
  • Dayanıqlılıq
  • İnsan Resursları Siyasətimiz
  • Vakansiyalarımız
  • Layihələrimiz
  • Xəbərlər
  • Əlaqə
Copyright © Caspian Capital Group. Site By WebCenter.az
Yazmağa başlayın və axtarış üçün Enter düyməsini basın