
Türkiyəli jurnalist Fulya Öztürklə görüş keçirilib
Caspian Capital Group şirkətinin baş ofisində türkiyəli jurnalist Fulya Öztürklə görüş keçirilib.
Görüşdə "Caspian Capital Group" şirkətinin təsisçiləri Elxan Paşayev, Tahir İskəndərov və şirkətin baş direktoru Elvin Mahmudov iştirak ediblər.
Elxan Paşayev 44 günlük Vətən müharibəsi zamanı Fulya xanımın böyük əmək sərf etdiyini, Ermənistanın təcavüzkar siyasətini bütün dünya ictimaiyyətinə çatdırmaqla fədakarlıq göstərdiyini dilə gətirib.
Fulya Öztürk səmimi görüşə görə öz təşəkkürünü bildirib. O, müharibə dövründə yaşadığı təəssüratları bölüşərək, informasiya savaşında medianın gücünü və həqiqətlərin dünya ictimaiyyətinə çatdırılmasının vacibliyini vurğulayıb.
Görüşün sonunda xatirəsi fotosu çəkilib.