Logo Image
  • Haqqımızda
    • Şirkət Haqqında
    • Rəhbərlik
    • Keyfiyyət Siyasəti
    • SƏTƏM siyasəti
    • Dayanıqlılıq
    • Şirkətlərimiz
  • Portfel
    • Tikinti portfeli
    • Turizm Portfeli
    • Zərgərlik Portfeli
    • Tekstil portfeli
    • Təchizat və nümayəndəlik
    • Mühəndislik və sertifikatlaşdırma portfeli
    • Kənd Təsərrüfatı və Qida İstehsalı Portfeli
  • Sektorlar
    • Neft-qaz və kimya sənayesi
    • Metallurgiya və Mədən sənayesi
    • Meliorasiya və su təsərrüfatı
    • İnformasiya texnologiyaları
  • HR
    • İnsan resursları siyasətimiz
    • Vakansiyalarımız
  • Layihələrimiz
  • Xəbərlər
  • Əlaqə

Caspian Capital Group milli tariximizin tanıdılmasına töhfə verir

  • Ana Səhifə
  • Xəbərlər
  • Caspian Capital Group milli tariximizin tanıdılmasına töhfə verir
Caspian Capital Group milli tariximizin tanıdılmasına töhfə verir

Caspian Capital Group milli tariximizin tanıdılmasına töhfə verir

10 İyun 2024

Milli Azərbaycan Tarixi Muzeyi və Caspian Capital Group şirkətinə daxil “East Gold” Məhdud Məsuliyyətli Cəmiyyəti (MMC) arasında əməkdaşlıq haqqında Memorandum imzalanıb.

Milli Azərbaycan Tarixi Muzeyində keçirilən görüşdə muzeyin direktoru, akademik Nailə Vəlixanlı, “Caspian Capital Group” şirkətinin təsisçisi Elxan Paşayev və hər iki tərəfin əməkdaşları iştirak ediblər.

Akademik N.Vəlixanlı qonaqları salamlayaraq, onları muzeydə görməkdən məmnun olduğunu bildirib. Görüşdə hər iki tərəfin təşkilatçılığı ilə yeni layihələr, mədəni tədbirlərin keçirilməsi istiqamətində əməkdaşlıq perspektivləri müzakirə olunub. Mədəni irsin qorunması, öyrənilməsi və təbliği, həmçinin elmi və mədəni əlaqələrin möhkəmləndirilməsi məqsədi ilə muzeydə mühafizə olunan materiallar əsasında birgə keçiriləcək sərgi haqqında qarşılıqlı fikir mübadiləsi aparılıb.

Eyni zamanda “Caspian Capital Group” şirkətinin təsisçisi Elxan Paşayev zərgərlik sektorunda həyata keçirilən tədbirlər barədə məlumat verib. E.Paşayev qeyd edib ki, şirkət Azərbaycan brendlərinin təbliğatına üstünlük verir və bazara yeni məhsullar təqdim edir. "East Gold" brendi təmamilə yeni məhsuldur və alıcıların qızıla olan əlçatanlığını tam təmin edir. “Şərq Qızıl Bazarı”nda yerləşən "East Gold" mağazasında külçələr xüsusi qablaşdırmada təklif olunur. Belə ki, plastik üzərində istəyinizə uyğun brendləşdirmək, loqotiplər həkk etmək və ya fərqli yazılar da sifariş etmək mümkündür. Korporativ sektor üçün çox maraqlı gələ biləcək bu külçələri şirkət dizaynına uyğun hazırlanmaq mümkündür.

“Caspian Capital Group” şirkətinin icraçı direktoru Elvin Mahmudov şirkətin fəaliyyəti ilə bağlı məlumat verib. Bildirib ki, hazırda Kəlbəcər rayonunda Caspian Capital Group şirkəti tərəfindən qazlaşdırılma işləri aparılır. Bu günə kimi 50 km-ə yaxın  yol açılma işləri aparılıb. Ərazidə 100-dən çox texnika və 300-dən çox canlı qüvvə işləyir. Bütün işlər çətin iqlim və relyef şəraitində dayanmadan aparılır. Qazlaşdırılma işlərinin yaxın vaxtlarda başa çatacağı planlaşdırılır.

Tərəflər onlar üçün prioritet və aktual olan elmi və mədəni-maarif layihələrinin həyata keçirilməsinə dair əməkdaşlıq haqqında Memorandum imzalayaraq, razılığa gəliblər.

“Caspian Capital Group” şirkətinin icraçı direktoru Elvin Mahmudov jurnalistlərə müsahibəsində bildirib ki, milli dəyərlərimizin qorunması və gələcək nəsillərə çatdırılması bu gün də öz aktuallığını qoruyub saxlayır. Çünki bu dəyərlərin xalqımızın formalaşmasına təsiri böyük olduğu kimi, milli dövlətçiliyimizin möhkəmləndirilməsində də xüsusi rolu vardır. Tarixi abidələrimizin qorunması, bərpası, saxlanması və təbliği  Azərbaycanın dövlət siyasətinin mərkəzində dayanır. Məhz bunu nəzərə alaraq bu gün imzalanan  Memorandum Azərbaycan tarixinin təbliğinə daha çox təkan vermiş olacaq.

Sonda qonaqlar muzeyin yeni ekspozisiyası ilə tanış olublar.

Son Xəbərlər
  • Türkiyəli jurnalist Fulya Öz...
    Türkiyəli jurnalist Fulya Öz...
    27 Fevral 2025
  • Caspian Capital Group beynəlxa...
    Caspian Capital Group beynəlxa...
    13 Fevral 2025
  • "Şərq Bazarı" ticarə...
    "Şərq Bazarı" ticarə...
    05 Dekabr 2024
  • ND Company “Rebuild Karabakh” ...
    ND Company “Rebuild Karabakh” ...
    16 Oktyabr 2024
  • Şirkət Haqqında
  • Rəhbərlik
  • Keyfiyyət Siyasəti
  • Sətəm Siyasəti
  • Dayanıqlılıq
  • İnsan Resursları Siyasətimiz
  • Vakansiyalarımız
  • Layihələrimiz
  • Xəbərlər
  • Əlaqə
Copyright © Caspian Capital Group. Site By WebCenter.az
Yazmağa başlayın və axtarış üçün Enter düyməsini basın