“Caspian Capital Group”un nümayəndə heyəti Özbəkistana səfər edib
4-6 iyul 2024-cü il tarixlərində “Caspian Capital Group”un təsisçisi Elxan Paşayevin rəhbərlik etdiyi nümayəndə heyəti Özbəkistan Respublikasına işgüzar səfər edib.
Səfər zamanı Özbəkistanın dövlət rəsmiləri və hökumət nümayəndələri ilə müxtəlif görüşlər keçirilib. Keçirilən görüşlərdə məlumat verilib ki, səfərin əsas məqsədi “Caspian Capital Group”un Özbəkistanda həyata keçiriləcək layihələrin müəyyən edilməsi, ikitərəfli əməkdaşlıq imkanlarının müzakirə edilməsidir.
“Caspian Capital Group”un təsisçisi Elxan Paşayev keçirilən görüşdə bildirib ki, Azərbaycan – Özbəkistan münasibətləri son illərin yeni inkişaf mərhələsini yaşayır və müxtəlif sahələrdə əməkdaşlıq yüksələn xətlə davam edir. Bu özünü ticarət - iqtisadi münasibətlərdə də göstərməkdədir. Hazırda hər iki ölkə şirkətləri arasında geniş biznes mühiti formalaşıb və yeni layihələr üzrə tərəfdaşlıqlar reallaşır. Bu gün keçirilən görüşlərin əsas məqsədi də bu əlaqələrin daha da sıx inkişaf etdirilməsi, “Caspian Capital Group”un beynəlxalq əlaqələrinin genişləndirilməsidir.
Elxan Paşayev həmçinin “Caspian Capital Group”un fəaliyyəti ilə bağlı geniş məlumat verib. Bildirib ki, Caspian Capital Group (CCG), tikinti, mühəndislik, təchizat, informasiya texnologiyaları, qida və kənd təsərrüfatı, tekstil, ticarət, turizm və ictimai iaşə sahələrində fəaliyyət göstərən şirkətlər qrupudur. Caspian Capital Group fəaliyyətə başladığı gündən etibarən ixtisaslaşmış şirkətləri, müasir və innovativ yanaşması və peşəkar komandası ilə sifarişcilərinin etibarını qazanmışdır. Hazırda "Caspian Capital Group" Qarabağda aparılan tikinti quruculuq işlərində yaxından iştirak edir.
Keçirilən görüşlərdə əməkdaşlıq istiqamətlərinə dair fikir mübadiləsi aparılıb, təkliflər dinlənilib, suallar cavablandırılıb.
Səfərin sonunda Azərbaycan nümayəndə heyəti Özbəkistanın tarixi görməli yerlərini ziyarət edib.