"Caspian Capital Group"un təşkilatçılığı ilə Özbəkistanda “Mehriban Əliyeva Qalib Sərkərdənin Zərif Gücü “ adlı kitabının təqdimatı keçirilib
Azərbaycan Respublikasının Özbəkistandakı fövqaladə və salahiyyətli səfirliyinin, Özbəkistan Dünya İqtisadiyyatı, Diplomatiya Üniversitetinin və "Caspian Capital Group" şirkətinin təşkilatçılığı ilə yazıçı publisit Aygül Bağırovanın Özbəkistanda “Mehriban Əliyeva Qalib Sərkərdənin Zərif Gücü “ adlı kitabının təqdimatı keçirilib.
Tədbirin açılış mərasində universitetin rektoru, Özbəkistan Ali Məclisi Senat rəisinin birinci müavini Sadiq Safiyev çıxış edərək rəsmi qonaqları salamlayıb.
Azərbaycan ilə Özbəkistan arasında siyasi-iqtisadi, mədəni əlaqələrin inkişaf səviyyəsi, dostluq, qardaşlıq, əməkdaşlıq münasibətləri ilə bağlı ətraflı məlumat verdikdən sonra Özbək və Azərbaycan xalqlarını bir-birinə bağlayan tarixi , milli-mənəvi dəyərlər haqqında söz açılıb. Bu əlaqələrin inkişafında Özbəkistan prezidenti cənab Şavkat Mirziyoyevin və Azərbaycan prezidenti cənab İlham Əliyenin tarixi xidmətləri baradə məlumat verdikdən sonra Azərbaycanın Birinci vitse-prezidenti , Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın ictimai siyasi, elmi mədəni fəaliyyətinin özündə əks etdirən əsərlər barədə fikirlərini çatdırıb.
Rektor vurğulayıb ki, sivilizasiyaların, dinlərin və mədəniyyətlərin dialoquna xüsusi tövhələr verən Mehriban xanım Əliyeva bütün fəaliyyəti ilə həm də türk və şərq mənəvi dəyərlərinin təbliğatına, onun Avropa dəyərlərinə inteqrasiyasına tövhələr vermiş bir tarixi şəxsiyyət , ictimai-siyasi xadimdir. Onun adı ilə bağlı hər iki kitabın rəhbərlik etdiyim “Dünya İqtisadiyyatı və Diplomatiya Universitetində” təqdimatının təşkili bizdə qürür hissi yaşadır.
Tədbirdə çıxış edən kitabın ön söz müəllifi, Azərbaycan Respublikasının Özbəkistandakı səfiri Hüseyn Quliyev belə bir möhtəşəm tədbirə ev sahibliyi etdiyinə görə universitetin rəhbərliyinə minnətdarlığını bildirdi. Cənab Səfir xüsusi olaraq vurğuladı ki, bütün həyatını Azərbaycanın inkişafına , tərəqqisinə , Türk xalqlarının dostluq, əməktaşlıq münasibətlərinin qurulmasına , inkişafına həsr edən Ulu Öndər Heydər Əliyev siyasi hakimiyyətinin hər iki mərhələsində bu istiqamətdə tarixi uğurlara imza atmışdır.
Tədbirdə çıxış edən digər natiqlər kitabla bağlı öz fikirlərini bölüşüblər.
Digər universtetlərin rektorları, professor müəllim heyətinin diplomatik korpus rəhbərləri və nümayəndələrinin iştirak etdiyi tədbirin sonunda çıxış edən kitabın müəllifi Aygül Bağırova tədbirin yüksək səviyyədə təşkilinə görə Azərbaycanın Özbəkistandakı səfiri Hüseyn Quliyevə, “Dünya İqtisadiyyatı və Diplomatiya Ünuversiteti”nin rektoru, Özbəkistan Ali Məclisi Senatı rəisinin birinci müavini Sadiq Safiyevə və əməyi keçən hər kəsə minnətdarlığını bildirib.